Ermənistanın Müdafiə Nazirliyində bir general belə qalmayıb

Ermənistanın Müdafiə Nazirliyində bir general belə qalmayıb

Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyində bir general belə qalmayıb. Virtualaz.org xəbər verir ki, bunu bu gün "Joxovurd” qəzeti yazıb.

Nəşr xatırladır ki. oktyabrın 3-də son general Movses Akopyan müdafiə nazirinin müavini – maddi-tezniki təminat departamentinin rəisi vəzifəsindən kənarlaşdırılaraq, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilmişdi.

"Hazırda Ermənistanın müdafiə nazirinin müavinlərinin üçü də - David Tonoyan, Ara Nazaryan və David Paxçanyan mülki şəxslərdir”, - "Joxovurd” yazır.

Qəzetin bildirdiyinə görə, müdafiə nazirliyinin rəhbər vəzifələrindən yaxın vaxtlarda digər hərbçilər də azad ediləcəklər. Gənc kadrlar SQ Baş Qərargahının nəzdindəki bölmələrə təyinat alacaq, yaşlılar isə təqaüdə göndəriləcəklər.

"Nəzərdə tutulduğuna görə, tədricən Müdafiə Nazirliyi ordunun inkişaf siyasətini müəyyənləşdirən və onun maddi təminatı ilə məşğul olan quruma çevriləcək, hərbi vəzifələri isə Baş Qərargah və onun bölmələri yerinə yetirəcəklər”, - xəbərdə deyilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az