Çernobıl AES-də vəziyyət təhlükəlidir - Podolyak
Çernobıl AES-də vəziyyət təhlükəlidir. Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir.
Miq.Az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, - deyə o bildirib.
M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil:
"Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.
Xatırladaq ki, fevralın 24-də rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib.