Əsəd Əliyev vəzifəsindən kənarlaşdırıldı

Əsəd Əliyev vəzifəsindən kənarlaşdırıldı

Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti Əsəd Əliyev tutduğu vəzfəsindən bu gün azad edilib. Bu barədə “Vətəninfo.az”a Gürcüstan Türkləri Konfederasiyasının (GTK) İnformasiya Departamnetinin rəhbəri Sara Səfixan bildirib. O deyib ki,  bu gün Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov, vitse-prezident Əsəd Əliyevin tutduğu vəzifədən kənarlaşdırılması barədə qərar imzalayıb. 2 noyabr 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının vitse-prezidenti postunu tutan Əsəd Əliyevin vəzfəsindən çıxarılması  üçün əsas “özbaşnalıq və Nizamnamə tələblərinin kobud şəkildə pozma və vəzifə səlahiyyətlərini aşma” faktları əsas götürülüb, deyə Sara Səfixan qeyd edib. Konfederasiyanın İnformasiya Departamentinin rəhbəri həmçinin bildirib ki, yeni vitse-prezident Gürcüstan Türkləri Konfederasiyasının (GTK) 2 noyabr 2011-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan Nizamnaməsinə əsasən Konfederasiyanın Ali Şurasının yaxın günlərdə keçiriləçək iclasında seçiləcək. Nizamnaməyə uyğun olarag Konfederasiyanın vitse-prezidenti, Konfederasiya prezidentinin təqdimatı əsasında Qurultay tərəfindən, Qurultaylararası dövrdə isə Konfedrasiyanın Ali Şurası tərəfindən seçilir.
Sara Səfixan əlavə olaraq bildirib ki, Əsəd Əliyev bundan sonra Konfedrasiyada fəaliyyətinin öz istəyinə uyğun olaraq Konfederasiya Ali Şurası üzvü kimi davam etdirə bilər. Çünki o, Konfederasiyanın assosativ üzvü olan Böyük Birlik Təşkilatının (BBT) Sədri kimi Konfederasiya Ali Şurasının təbii üzvüdür. Əgər Əsəd Əliyev Ali Şura üzlüyündən istefa vermək istəsə təbii ki, onun istefası Ali Şura tərəfindən dərhal qəbul edləcək deyə Sara Səfixan əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az