Suriya prezidenti bu günlərdə prezident sarayında adları açıqlanmayan ərəb nümayəndələrini qəbul edib.
Suriya prezidenti Bəşər Əsəd bildirir ki, hakimiyyət qüvvələri öz fəaliyyətlərinin effektivliyini xeyli artırıb və təşəbbüsü öz əllərinə alıb. Onun sözlərinə görə, terrorçular isə bir neçə ağır məğlubiyyətə məruz qalıb.
“Əl-Əhbar” qəzetinin məlumatına görə, Suriya prezidenti bu günlərdə prezident sarayında adları açıqlanmayan ərəb nümayəndələrini qəbul edib. Görüş zamanı Bəşər Əsəd bildirib ki, terrorçu qüvvələrinə bir sıra ağır zərbələr endiriblər və tezliklə onların fəaliyyəti qələbə ilə nəticələnəcək.
Bəşər Əsəd qeyd edib ki, ABŞ hal-hazırda Suriya münaqişəsinə hərbi müdaxilə etmək əzmində deyil. Qeyd etmək lazımdır ki, Barak Obama yanvarın 28-də bildirib ki, Suriya ilə bağlı daha aktiv fəaliyyətə keçmək barədə düşünürlər.
Əsədin sözlərinə görə, Rusiya Suriyanı dəstəkləməkdə davam edəcək. Belə ki, onlar əslində Suriyanı deyil, özlərini müdafiə edirlər. Bu arada Rusiya baş naziri Dmitri Medvedev bu günlərdə CNN-ə müsahibəsində bildirib ki, Suriyada yaranmış vəziyyət diplomatik yolla həll edilməlidir.
Xəzərxəbər
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...