Əsgəranda iki Azərbaycan məmuru saxlanıldı, sonra?...- Növbəti erməni yalanımı?

Əsgəranda iki Azərbaycan məmuru saxlanıldı, sonra?...- Növbəti erməni yalanımı?

Erməni mənbələri  dünən – aprelin 27-də  Əsgəran şəhəri yaxınlığında Azərbaycan dövlət nömrə nişanlı avtomobilin saxlanılması haqda məlumat yayıb.
 
Moderator.az xəbər verir ki,  bu haqda ilk informasiya "Xarabaxa luzyun"  "Facebook” səhifəsində verilib.  
 
Ermənicə "Danışır Yerevan" teleqram-kanalı isə sonradan avtomobildə Azərbaycanın rəsmi şəxslərinin olduğu ortaya çıxdığını və onların buraxıldığını da yazıb.
 
"Artsax rəhbərliyinin qərarı ilə, erməni hərbi əsirləri ilə dəyişdirilmək əvəzinə onlar sərbəst buraxılıb” yazan erməni mediası Xankəndindəki Araik rejimini qorxaqlıqda qınayır...
 
P.S. Görəsən, bu da növbəti erməni təxribatı, yalanıdır, yoxsa?..
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az