Əsgərimiz qeyri-döyüş şəraitində dünyasını dəyişib

Əsgərimiz qeyri-döyüş şəraitində dünyasını dəyişib

Ordumuzun əsgəri qeyri-döyüş şəraitində dünyasını dəyişib

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib
Miq.az  xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
 
"Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, məlumatda qeyd olunur.
 
Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: "Bir daha xatırladaq ki, Ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az