“Əl Qaidə” lideri Üsamə bin Ladeni öldürən “dəniz pişiyi”nin kimliyi məlum olub.
Vətəninfo.az xəbər verir ki, “The Daily Mail” nəşri bir nömrəli terrorçunu qətlə yetirən şəxs Rob O'Nil olub.

O'Nil 16 il ərzində xaricdə, həmçinin İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edib. O, bu illər ərzində 400 döyüş tapşırığını yerinə yetirib. Rob O'Nil Montana ştatının Byutt şəhərində böyüyüb. Onun "Dəniz pişikləri"nə sonu müsbət nəticələnməyən sevgiyə görə qoşulduğu deyilir.
O'Nil hərbi xidmətdən vaxtından əvvəl ayrılması səbəbindən bəzi sosial üstünlüklərdən məhrum edilməsi səbəbindən adını açıqlayıb. Xüsusi təyinatlı qüvvələrin əməkdaşı hərbi qulluqda tələb olunan 20 il əvəzinə 16 il keçirdiyinə görə sosial üstünlüklərdən məhrum edilib.
“The Daily Mail” yazır ki, “dəniz pişiyi” noyabr ayında “Fox News” telekanalına müsahibə verəcək. Qəzetin məlumatına görə, hərbçi Bin Ladenin başını üç dəfə atəş açıb. O versiya da mövcuddur ki, əvvəlcə Rob O'Nil Bin Ladenin başına atəş açıb, daha sonra isə onun iki həmkarı “Əl-Qaidə” liderini sinəsindən vurub.
Rəsmi məlumatda deyilirdi ki, Bin Laden müqavimət göstərdiyi üçün öz evində başına atəş açılmaqla öldürülüb və həlak olduğu yerdən min kilometr uzaqda dənizdə basdırılıb. Onunla birlikdə böyük oğlu və arvadlarından biri həlak olub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib