Etirazçılar Sarkisyanın iqamətgahına yürüş edir
Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasının lideri, erməni deputat Nikol Paşinyan tərəfdarlarını Respublika meydanından Baqramyan prospektinə aparır.
RİA Novosti-nin verdiyi məlumata görə, bu prospektdə baş nazirin ofisi və parlamentin binası yerləşir.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-ü balayıb. Müxalifət onu ölkəni səmərəsiz idarə etmədə və iqtisadi vəziyyətin pisləşməsində günahlandırır.
Miq.Az