Çevriliş mətnini oxuyan TRT aparıcısı həbs olunub?
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsi ilə bağlı araşdırmalar və həbslər hələ də davam edir.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Ankara Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi dünən TRT telekanalının 42 işçisini şübhəli şəxs qismində saxlayıb. Aralarında xəbər spikerinin də olduğu deyilən şübhəlilər ifadələrinin alınması üçün şöbəyə aparılıblar. Onlardan əlavə digər işçilərin də ifadələrinin alınacağı gözlənilir.
Bu gün isə bəzi Azərbaycan saytlarında aparıcı Tijen Karaşın da həbs olunduğu haqda xəbər yayılıb. Lakin o, bir neçə saat əvvəl Tvitterdə paylaşım edərək tətildə olduğunu bildirib. Eyni zamanda Türkiyənin aparıcı saytlarında bu barədə məlumat yoxdur.
Qeyd edək ki, T.Karaş 15 iyul gecəsi TRT-də qiyamçıların bəyənatını oxumağa məcbur edilmişdi.
Miq.az