Əyani təhsilin qiyabi söbəsi

Əyani təhsilin qiyabi söbəsi

Rüfət Soltan

ilk novbədə yuxarıdakı başlıq insanda sual doğurur.

Muəllifdən başqa.

Əyani təhsilin qiyabi şobəsində təhsilini davam etdirmək bir tələbə kimi məni maraqlandırır,və ali məktəblərdə yaşanan oxşar hallar bəzi tələbələrdə bu fikri formalaşdırır.

Ortaya sual cıxır:Niyə?! Niyə əyani oxuyan,gundəlik məktəbə gedib gələn tələbələr bu mulahizələrə şahidlik edirlər.Mənim kimi.

Məsələ orasındadır ki, Universitət və yaxud İnstitutlarda dərslər sözün əsl mənasında çalışan tələbələr üçün can sıxıcı olur.Ona gorə də əyani təhsildə qiyabi şöbə anlayışı ortaya çıxır.Bu o deməkdir ki,haqlı olaraq keyfiyyətli dərslərin olmamasından narazı tələbələrimiz,əyani oxuduqları halda evdə fərdi təhsili davam etdirmək istəyirlər.Bunun səbəbini aşağıdakı kimi izah edək:

Ilk novbədə sohbət muəllimlərin pedaqoji bacarığından,peşəkarlığından gedir.Əsas o deyil ki,müəllimin yalnız savadı olsun,bununla bərabər müəllimin pedaqoji bacarığı olmalıdır.Güclü pedaqoqun idarə etdiyi dərs hər zamn keyfiyyətli və maraqlı olur.

Fikirlərimə şahidlik edərək bildirirəm ki,olkəmizdə savadlı alimlərimiz çoxdur,ancaq bacarıqlı müəllimlərimiz çox azdır.

Təhsilimizin keyfiyyətini aşağı salan səbəbkarlar və səbəblər də bəllidir:müəllimlər,tələbələr,karrupsiya,telebelerde formalaşmış pessimizm və yaxud dakı müəllimlərdə baş alıb gedən yaşlılıq sindromu.

Yuxarıda sadalananları tək bir ali təhsil muəssisəsində görmək mümkün deyil,ona göre də bu mövzunu ictimailəşdirmək gərəklidir.

Əslində təhsilimizə zərbə vuranlar muxtəlifdir:asağı nümayəndələrdən tutmuş yuxarıyadək.

Bu yaxınlarda mətbuat yayımlarından birində oxudum ki,Ölkəmizin təhsil idarəçiəri arasında haqqında danışılan prinsip reallasıb.

Belə ki,TQDK-nin sədri dərsliklərin nəşrində yaranmış səhvləri(hansi ki o dərslikləri təsis edən Təhsil Nazirliyidir) mətbuat xidmətçilərinə çatdırıb.

Təhsil Nazirinin muavini Qulu Novruzov isə bildirib:”Tələbə Qəbulu uzrə Dovlet Komissiyası altelnativ dərslik hazırlaya biler,amma dərslik çap edəndə digərlərinin səhvlərini jurnalistlərə deyib ictimaileşdirmək yox,Tehsil Nazirliyinə bildirmək daha yaxşı olar.Bu cür məsələlər aspektlərlə müzakirə edilməlidir”

Tərəflər arasındakı bu prinsipial dialoqu şərh etmək fikrim yoxdur.Sadəcə TQDK Təhsil Nazirliyinin işinə burnunu soxur.Mənə aid olan bəzi fikirlərimin yalnış ola biləcəyinə şüphə etməsəm TN-nin və TQDK-nın çox faxırlarını açaram.Təhsilimiz ona qayğı istəyərki,daha yaxsı olsun ve güclü inkişaf etsin:

Eynilə valideyinin oz ovladına göstərdiyi qayğı kimi.Bəzən isə valideyni pis olan ovlad gələcəkdə müdrik,mükəmməl insan ola bilir.Təhsil də mükəmməl ola bilər,Onun idarəciləri sayəsində yox,onun nümayəndələri sayəsində……



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az