Oral MƏDƏNÇİ
Bir jurnalist həmkarım demişkən, gavur icadı olan Facebook sosial şəbəkəsi az qala dünyanın dört tərəfini bir birinə yaxınlaşdırdı. Azərbaycanda da hamı urra edib doluşdu Facebooka. İndi alimdən çobana, nazirdən, deputadan fəhləyə, ağadan nökərə qədər kimi istəsən burda tapa bilərsən. Uzun illərdi bir-birini tanımayan qohumlar burda tapdılar bir-birlərini. Həftəbecər kimi hamı qarışdı bir-birinə. Amerikalı "gədənin" baş sındırıb icad etdiyi Facebooku bizimkilər etdilər əyləncə məkanı. Bəşəriyyəti bir addım önə atan bu nəhəng icad bizim üçün qatıq-qatıq paylaşmalar, boş-boş yazışmalar məkanına çevrildi.
Həəə...biz indi ayılmışıq ki, Facebook "Ərəb baharı"nı alovlandırdı. Bir-birinin ardınca despot rejimlərin çökməsinə təkan verdi. Bundan ruhlanan bizim müxalifət də Facebookda qruplar yaradır, inqilab etmək istəyir. Amma mən bircə dəfə də mitinqlərə çağrışlar edilən qruplarda "sabah filan şəhidin dəfn mərasimidir, hamı orda olsun" deyə bir paylaşma görməmişəm. Vallah adamın gülməyi yox, ağlamağı gəlir. Nəsə...Facebook məsələsinə birazdan qayıdacam.
İki məqama toxunmaq istəyirəm:
1. Ölkədən kənarda özü üçün dəbdəbəli həyat yaşayıb, amma burnunu hər yerə soxub insanları inqilaba səsləyən boşboğaz qurumsaqlardan.
2. Özlərini yazıçı, şair, publisist və ən nəhayət yüksək həvəslə Azərbaycan Yazıçılar Birliyinin AYB) üzvü kimi gözə soxan "yazarçiklər"dən.
Keçək birinci eşalonun müzakirəsinə. Bildiyimiz kimi, ölkəmizdə paralel olaraq ikili həyat yaşanır. Birinci müharibə şəraitində olmağımız, torpaqlarımızın itkisi, saysız hesabsız şəhidlərimiz, qaçqınlarımız və səfalət içində olan kasıb təbəqəmiz. İkinci isə ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyası, neft gəlirlərimiz, regional inkişaf və iqtisadi gəlirlərimizdir. Təbii ki, hazırda əsas görəvli məmurlar bu ikili yaşam tərzini düzgün qiymətləndirə bilmədiklərinə görə və özlərinin məkirləri nədəniylə Azərbaycanda düzgün iqtisadi yaşayış mühiti yoxdur. Sərvətlər talanır və insanlar hər dəqiqə alçaldılır. Amma, bunların hamısına son qoyula biləcəyi təqdirdə, müxalifətimiz hələ də yatır. Milli həmrəylik çağırışları etmək əvəzinə, ideoloji oyunlarda fiqurlara çeviriliblər və bir növ xalqla hakimiyyət arasında qara pərdə rolunu oynayırlar. Bu qəbilədən olan bəzi erkək və dişi fahişələr isə, ölkədən kənarda yaşayaraq özlərinə dəbdəbəli həyat qurmaqla yanaşı, milləti kortəbii olaraq meydanlara, qurdların ağzına sürükləyirlər. Guya müxalifdirlər və guya xalqın rifahı naminə didərgin düşüblər. Vay bunların didərgin.....
Mən görmədim ki, Azərbaycanda hansısa müxalifət lideri bircə dəfə xalqnan bərabər olsun. Hansı müxalifətçilikdən danışmaq olar ki, 20 ildir eyni qüvvələr hakimiyyətdədir, digər eyni qüvvələr də müxalifətdədi. Hansı müxalifətçilikdən danışmaq olar ki, müxalifət liderinin villası oliqarxların villasından yekədi. Hansı müxalifətçilikdən danışmaq olar ki, müxalifət liderlərinin hamısının istənilən qədər maddi resursları var və istədikləri kimi yaşaya bilirlər. Amma ümumi həmrəylik məsələlərində susurlar. Lazımlı məqamlarda aybaşı xəstəliyinə tutulmuş fahişə qadınlar kimi münasib yerlərinə şal bağlayıb yorğana bürünürlər. Bir dəfə görmədim ki, hansısa bir şəhidimizin dəfn mərasimində hansısa bir müxalifət lideri iştirak etsin. Bir dəfə görmədim ki, hansısa ümumi məsələlərdə hansısa müxalifət lideri xalqın içində olsun. Hamısı hakimiyyətin kəbinli arvadı kimi pəncərədən boylanır.
Keçək ikinci eşalona, özlərini az qala dünya şöhrətli yazıçı şair elan edən bəzi AYB üzvülərinə. Bütün gün Facebook səhifələrində müxtəlif qruplar yaradılır və hər qrupun başında da bir "yazıçı" şair, şairə AYB üzvü dayanır. Bütün günü gic gic "şeirlər" əslində isə mənası və dəyəri olmayan söz toplusu paylaşırlar, həmən də ilk olaraq özləri bəyənir. Dalıncada təriflər başlanır - əladı fahişə xanım, əllərinizə sağlıq oğraş bəy. Ay tüpürüm sizin ziyalı sifətinizə. Azərbaycanda mən Xəlil Rza Ulutürk qədər dəyərli şair görmədim zəmanəmizdə. Müşfiqin üzünə duranların, Cavidi sürgün etdirənlərin övladları deyilmi bu gün həmin o AYB-nin başında duranlar?!
Özlərini yazar, ziyalı sayırlar. Bəs niyə ziyalılığınız göstərmirsiniz? Göstərin ziyalılığınızı, qoşulun şəhid anasının naləsinə. Şəhidə layiq şeir yaza bilməyəcəkləri bəllidi, barı bir quru başsağlığı versinlər. Yalandan hər faciə vaxtı təqvimə baxıb bir matəm yazısını kopyalamaq iş deyil. Əsil iş bu gün şəhidimizi əzizləməkdi, onun qanını canını dəyərləndirməkdi. Sonra tərbiyədən əxlaqdan dəm vururlar. Xalqın yanında ola bilməyən ziyalıynan, xaricdə bədənini satan fahişənin heç bir fərqi yoxdu. Papağınız qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin!