Fansalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə RƏSMİ MÜNASİBƏT

Fansalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə RƏSMİ MÜNASİBƏT
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.

"Report”un xəbərinə görə, nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası”nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib.
O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: "Ona da sual verdim və bildirdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az