Fazil Məmmədov Yeganə Balakişiyevanı baş idarə rəisi təyin etdi

Fazil Məmmədov Yeganə Balakişiyevanı baş idarə rəisi təyin etdi

Vergilər Nazirliyində yeni kadr təyinatı baş verib.

"Report”un məlumatına görə, kiçik vergi xidməti müşaviri Yeganə Nəsir qızı Balakişiyeva Vergilər Nazirliyi Hüquq Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, həmin İdarənin rəis müavini olan Y.Balakişiyeva bu vaxta qədər rəis vəzifəni müvəqqəti icra edib.

Xatırladaq ki, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin keçmiş rəisi Zeynalabdin Yunsur oğlu Məmmədzadə Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinə rəis təyin olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az