Fazil Mustafa: "Guya dəyərli insanlardır, onları söyməklə insanlara imtiyaz verilir. Axı siz kimsiniz?"

Fazil Mustafa:
VI çağırış Milli Məclisin deputatı, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlini söyənlərə mandat verilməsi barədə tirajlanan məlumatlara münasibət bildirib. 

 

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, bunun özü təbliğatın formalarından biridir. 

 

"Çünki adam var, öz əhəmiyyətsizlikliyini hansısa şəkildə daha da pərdələmək, əvəzolunmaz, ali person olduğunu göstərmək üçün bu cür piar aparır. Guya bunlar belə dəyərli insanlardır, bunları söyməklə insanlara imtiyaz verilir. Axı siz kimsiniz? Niyə sizi söyməlidirlər? Ümumiyyətlə, nə iş görürsünüz ki, buna görə sizi söysünlər? Boş-boş oturmusunuz, adınızı "müxalifətçi” qoyub bütün proseslərdən kənarda, rahatca yerində vaxt öldürən adamlarsınız. Cəmiyyətə nə xeyriniz var? Səsləndirdikləri fikirlərin də böyük əksəriyyəti populist, mənasız, ancaq ifşa və tənqid motivi üzərində qurulmuş çıxışlardır. Kimisə xüsusi söyməyə ehtiyac yoxdur. Onsuz da danışdıqca özləri nüfuzdan düşürlər. Yəni bu, özlərini təbliğ etmək üçün yeni piar növüdür. Mənasız, səviyyəsiz bir üsuldur. Bəlkə də, kimin üçünsə bu adamların hansısa siyasi dəyəri və ya personasının üstünlüyü var. Sözün açığı, nə düşüncə, intellektual baxımdan, nə də dünyagörüşü baxımından cəmiyyətə yenilik, fərqlilik gətirə bilmədiklərinə görə cəmiyyət həyatından əslində silinmiş vəziyyətdədirlər. Nə proseslərə, nə müzakirələrdə ortaya qoyulan mövzulara təsiretmə gücünə də sahib deyillər. Problemin kök budur. Buna görə də belə tendensiya qətiyyən yoxdur. Kimisə söyüşə görə harasa yerləşdirmək, imtiyaz tanımaq kimi əlamətləri görmək mümkün deyil”, - o bildirib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az