FETÖ Ərdoğanı necə öldürmək istəyirmiş?
Əvvəllər Gülən camaatının üzvü olmuş Hüseyn Sarıçiçək FETÖ-nun Prezident Rəcəb Tayyib Ərdoğanı tibbi əməliyyat masasında öldürməyi planlaşdırdığını iddia edib.
Axar.az xəbər verir ki, "Sabah” qəzetinə danışan keçmiş gülənçi Ərdoğanın son anda əməliyyatdan imtina etdiyini, bu səbəbdən planın baş tutmadığını deyib:
"Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətin tərkibində yer alan Egey imamı Nəcdət İçel mənə zəng etdi. Dayanacaqdan bir polkovniki götürüb İzmirin Torbalı rayonundakı evinə aparmağımı istədi. Ora çatanda İçelin bağçada qışqıra-qışğıra gəzişdiyini və yanındakı polis rəisini döydüyünü gördüm. İçel "Əməliyyata necə girə bilməz? Allah lənət etsin, necə oyandı bu adam? Necə ölmədi”, - deyə, bağırırdı. Ardından o dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir əməliyyatdan son anda imtina etdiyini öyrəndim. Bu hadisədən sonra təşkilatın Ərdoğanı öldürmək üçün xüsusi plan hazırladığını bildim”.
Xatırladaq ki, Hüseyn Sarıçiçək FETÖ-nun hərbi imamı olub. 17-25 Dekabr hadisələrindən sonra o, təşkilata aid 200-ə yaxın gizli sənəd, görüntü və səs yazısını İzmir prokurorluğuna təqdim edərək Gülən camaatından uzaqlaşıb.
Miq.az