Fətllahçıların həbsinə görə Türkiyəni qınadılar

Fətllahçıların həbsinə görə Türkiyəni qınadılar

Avropa İttifaqı Türkiyədə polisin prezident Rəcəp Tayyib Ərdoğanın rəqibi Fətullah Gülən tərəfdarı olan 24 nəfəri həbs etməsi ilə nəticələn reydlərini qınayıb.

Publika.az-ın məlumatına görə, Aİ bunun media azadlığı prinsipləri ilə bir araya gəlmədiyin bildirib. Avropa ittifaqının açıqlamasında reydlərin Türkiyənin də üzvü olmaq istədiyi Avropa dəyərləri və standartlarına zidd olduğu deyilir.

ABŞ Dövlət Departamenti  də Türkiyədə bu gün polis reydləri və həbslərlə bağlı narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, sağlam demokratiyanın əsas elementləri olan media azadlığı və ədalətli məhkəmə sistemi Türkiyənin öz konstitusiyası ilə təsbit olunub. “Türkiyənin dostu və müttəfiqi kimi Türkiyə rəsmilərini onların hərəkətlərinin bu fundamental prinsipləri və Türkiyənin özünün fundamental əsaslarını pozmadığını təmin etməyə çağırırıq”-deyə Dövlət Departamentinin bəyanatında deyilir.

Türkiyə polisinin bazar günü həbs etdiyi media nümayəndələri arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı və Samanyolu televiziya şəbəkəsinin rəhbəri Hidayet Karaca da var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az