Fəxr edirəm ki, mən Azərbaycanlıyam...

Fəxr edirəm ki, mən Azərbaycanlıyam...

“O, özünün bütün fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərərlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin, incəsənətinin bütün dünyada tanınmasına həsr etmişdir. Bu səbəbdən də Heydər Əliyevin həyatı və bir lider kimi fəaliyyəti hər birimiz üçün örnək olan bir məktəbdir”. 

Bu fikirlər Səbael Mühafizə İdarəsində ümummili lider Heydər Əliyevin 90 illiyi ərəfəsində keçirilmiş tədbirdə səslənmişdir. 

Bu gün hər birimiz əldə etdiyimiz uğurlara görə ulu öndərimizə borcluyuq, onun titanik fəaliyyəti nəticəsində ölkəmizdə gedən quruculuq işləri dövlətimizin bugünkü inkişafına təkan verməklə yanaşı, həm də onun bütün dünyada tanınmasına səbəb olmuşdur. Ulu öndərin daxili işlər orqanlarına verdiyi önəmin nəticəsidir ki, sıralarımıza gündən-günə savadlı, sağlam əməkdaşlar daxil olur ki, bu da əmin-amanlığa, sabitliyə zəmin yaradır.

Səbael kimi inkişaf edən bir rayonda mühafizənin təşkilindən, asayişin qorunmasından, cinayətkarlıqla mübarizədən də söhbət açan rəis, polis mayoru Habil Əsədov əminliyini bildirdi ki, ulu öndərin əsasını qoyduğu dövlətimiz daha da inkişaf edəcək, dünyanın lider dövlətinə çevriləcəkdir.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Mustafa İsgəndərzadə çıxışında bildirdi ki, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsi ulu öndərimizin zəngin siyasi fəasliyyəti sayəsində mümkün oldu. 

Tədbirdə o da vurğulandı ki, bu dahi şəxsiyyətin, sözün əsl mənasında əzabkeş siyasətçinin 90 illik yubileyinin belə yüksək səviyyədə keçirilməsi onun Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə verilən dəyərin bariz nümunəsidir.

Ulu öndərimizin 90 illik yubileyi münasibətilə daha bir tədbir Abşeron Mühafizə Şöbəsində keçirilib.

 Tədbir ilk öncə ulu öndərmizin abidəsini ziyarətlə başladı. Abşeron Mühafizə Şöbəsinin əməkdaşları ümummilli liderimizin abidəsi önünə tər qərənfillər qoydular. Daha sonra onun adını daşıyan mərkəzdə ulu öndərin həyatından bəhs edən fotostendlərə baxış keçirildi. Fotostendlərlə tanışlıqdan sonra şəxsi heyət qarşısında çıxış edən Şöbənin rəisi, polis polkovnik-leytenantı Oktay Diləvarov bildirdi ki, Azərbaycan tarixinə şöhrət gətirən parlaq simaların sırasında ulu öndərimizin yeri və rolu xüsusi görülməkdədir. Ölkəmizin müasir tarixi və onun gələcək perspektivləri bilavasitə Heydər Əliyevin adı, müəyyənləşdirdiyi siyasət, əsasını qoyduğu və gələcəyə hesablanmış konsepsiya ilə əlaqədardır. Ulu öndərimizin həyatı böyük bir epoxadır. Bu epoxa təkcə tarix deyil, daha çox gələcəkdir, Azərbaycanın və xalqımızın gələcək taleyini, perspektivlərini müəyyənləşdirən qüdrətli amildir. O, düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların sevgisin, ehtiramını qazandı.

Ulu öndərin “Biz biz butun çətinliklərdən keçdik, bütün manelərin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq” fikrini tədbir iştirakçılarının diqqətinə çatdıran rəis bu gün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da həyatında Heydər Əliyev böyüklüyünün, dəsti-xəttinin izi olduğunu, onun işıqlı əməllərinin hər zaman yaşayacağını qeyd etdi.

Hafiz Təmirov,

polis kapitanı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az