Fəzail Ağamalı: İran nankorluğa davam edir

Fəzail Ağamalı: İran nankorluğa davam edir

Türkiyənin Azərbaycana dəstəyi əhəmiyyətlidir. Biz müharibə dövründə bunu bir daha gördük. Prezident Ərdoğanın verdiyi bəyanatlar, onun komandasının addımları bizə dəstək oldu. Bu baxımdan qanun layihəsini əhəmiyyətli hesab edirəm.

Miq.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi ətrafında çıxışı zamanı bildirib.

Fəzail Ağamalı İranın son addımlarını da tənqid edib: "Bizim sərhədlərimizdə təlimlər keçirir, hədə-qorxu belə gəlməkdən çəkinmirlər. Azərbaycan daim mehriban qonşuluq münasibətlərini davam etdirib. Hətta ən çətin anlarda ərazilərimizdən İrana qarşı istifadə edilməsinə imkan verməmişik. Azərbaycanın beynəlxalq hüquqa daim hörmətlə yanaşmasına baxmayaraq, İran nankorluğunu ortaya qoymaqda davam edir. Mən demək istərdim ki, İran bu əməllərindən əl çəkməli, mehriban qonşuluq siyasətinə keçmək üçün siyasətində koorektlər etməlidir. Bu olmasa, heç bir dövlətdən çəkinəcək bir şey yoxdur. Biz 44 günlük müharibədə olduğu kimi, bir millət kimi belə təhdidlərə sinə gəlmək əzmindəyik. Hesab edirəm ki, İran bu məsələləri nəzərə almalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az