Fikrət Fərəməzoğlu hansı generaldan yazacaq?-“34 gün”

Fikrət Fərəməzoğlu hansı generaldan yazacaq?-“34 gün”

Baş redaktordan hansı nazirin əleyhinə ifadə almaq istəyiblər 

Fikrət Fərəməzoğlu başına gələnlər barədə silsilə məqalələr yazmağa hazırlaşır

JAM.az saytının həbs olunan baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə İbişbəyli bu gün onunla görüşüb. Bu barədə məlumatı Faiqə İbişbəyli özü yayıb. Onun sözlərinə görə, Fikrət Fərəməzoğlu  məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluğa etdiyi müraciətin araşdırılmamasından və ailəsinə olunan təzyiqlərdən narahatdır. Faiqə İbişbəyli bildirib ki, Fikrət Fərəməzoğludan icra başçıları və bir nazirin əleyhinə ifadə almağa cəhd olub. Baş redaktor ifadə vermədiyinə görə, işgəncələrə məruz qalıb: "Fikrət  onu da dedi ki, həbsini sifariş verənin kimliyini bilir. Onun sözlərinə görə, bu generallardan biridir. Fikrət dedi ki, yaxın günlərdə "34 gün” adlı silsilə məqalələr yazacaq. Məqalələrdə həmin generalın qanunsuz əməlləri barədə faktlar yer alacaq.  O bu yazıları dövlət başçısına da göndərəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az