Fransa bütün körpüləri yandırıb: Paris Azərbaycana qarşı düşmənçilik aparır (ŞƏRH)

Fransa bütün körpüləri yandırıb: Paris Azərbaycana qarşı düşmənçilik aparır (ŞƏRH)
"Fransa bütün körpüləri yandırıb. Diplomatik etiketlərdən, beynəlxalq hüquqdan və prinsiplərindən kənara çıxaraq Azərbaycana qarşı düşmənçiliyi davam etdirir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Fransa XİN-İn Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasını şərh edərkən deyib.

"İstər Vətən müharibəsi dövrü, istərsə də ondan sonrakı dövrdə də Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Paris Ermənistana dəstək olmaqla Azərbaycana qarşı ən müxtəlif təxribatlara belə imza atır. Bu ölkə BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinin müəllifi rolunda çıxış edib. Avropa məkanının ən müxtəlif platformalarında da ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib. Fransanın qanunverici orqanı da Azərbaycana qarşı qərəzli yanaşma tərzi sərgiləyib, onlar erməni separatizminin "müstəqilliyini" qəbul ediblər. Amma onun bütün bu oyunları hər zaman puça çıxıb", deyə deputat bildirib.

Fəzail Ağamalı bildirib ki, Fransanın ölkəmizdəki cəsusluq şəbəkəsi, onun neokolonializm siyasəti ifşa olunub, amma Paris yenə də nəticə çıxarmayıb:
 


"Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırması gözlənilməz addımdır. Bu cür hadisələr adətən münasibətlərin son həddə qədər kəskinləşdiyi məqamlarda atılır. Məsələn, 44 günlü müharibə dövründə İsrailin Azərbaycana silah verməsinə etiraz olaraq Ermənistan Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırdı. Fransanın müəyyən addımlarına qarşı Azərbaycan normal, ədalətli şəkildə etiraz bildirib. Fransanın səfirliyi bağlaması həddən artıq ağılsız addım olardı. Ona görə də buna getməyəcəklər. Regiona nüfuz etmək istəyən Paris səfirliyi bağlayarsa, itirəcəyi mövqeləri yenidən qazanmaq üçün ciddi əziyyətlər çəkməli olacaq. Fransanın bu addımı təzyiq məqsədi daşıyırsa, bilməlidir ki, Azərbaycan üçüçn təzyiq dilində danışmaq yersizdir, bununla heç nəyə nail olmayacaqlar".

Qeyd edək ki, Fransa XİN-i ölkəsinin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Paris bu addımı nədən atdığını açıqlamayıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az