Fransa Qarabağ tənzimlənməsinə ev sahibliyi etmək istəyir

Fransa Qarabağ tənzimlənməsinə ev sahibliyi etmək istəyir

Fransa prezidenti Fransua Olland Qarabağ tənzimlənməsinə dair cari prosesin ümumiləşdirilməsi məqsədilə görüşün Parisdə keçirilməsinə hazırdır.

Bu barədə Fransa prezidentinin ermənistanlı həmkarı Serj Sarkisyana Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə ünvanlandığı məktubunda deyilir.

"İyulun 9-da Varşavada keçirilmiş görüşümüzdə sizə bildirdiyim kimi, Parisdə çox uzun sürən münaqişənin tənzimlənməsi çərçivəsində cari prosesin ümumiləşdirilməsi üçün görüşü qəbul etməyə hazıram”, - Olland belə qeyd edib.

Fransa prezidenti həmçinin Dağlıq Qarabaq münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə tərəfdar olduğunu əlavə edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az