Fransa XİN-dən mühüm Qarabağ bəyanatı

Fransa XİN-dən mühüm Qarabağ bəyanatı

"Fransa yerli idarəetmə orqanlarının təşəbbüsləri Fransa dövlətinin mövqeyini əks etdirmir”.

Bunu ənənəvi onlayn mətbuat konfransında Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

"Tanınmamış Dağlıq Qarabağ rəsmiləri ilə Fransanın yerli idarəetmə orqanları arasında əlaqələr var. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda, həmin əlaqələr bu siyasətlə ziddiyyət təşkil etmirmi” - sualına katiblikdən belə cavab verilib: "Sizin nəzərdə tutduğunuz həmin təşəbbüslər Fransa Respublikasının prezidenti və xarici işlər və beynəlxalq inkişaf nazirinin ifadə etdiyi kimi, Fransanın mövqeyini əks etdirmir. Fransa yerli idarəetmə orqanlarının bu təşəbbüsləri Fransa hökuməti üzərinə öhdəlik qoymur.

Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağı tanımırıq və bizim özlərini Dağlıq Qarabağın rəsmiləri kimi təqdim edənlərlə münasibətlərimiz də yoxdur” (APA).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az