Füzulidə tank mərmisi tapıldı

Füzulidə tank mərmisi tapıldı
Füzuli rayonunda tank mərmisi aşkar olunub.

Bu barədə Miq.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 2600 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, iyunun 21-də 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 10 600 kv.m ərazi təmizlənib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az