“Turan” informasiya agentliyi Fövqəladə Hallar Nazirliyini məhkəməyə verir.
Media quruluşunun açıqlamasında deyilir ki, nazirlik 2010-cu ilin daşqın zonasında evlərin tikintisi ilə bağlı yazılı informasiya sorğusunu cavablandırmayıb: “Sorğu iyunun 20-də göndərilib. “İnformasiya əldə etmək haqqında” qanuna əsasən, nazirlik sorğuya yeddi gün ərzində cavab verməlidir”.
Agentlik nazirliyə ünvanladığı sualları ictimaiyyətə açıqlayıb:
- Evlərin, sosial və digər obyektlərin tikintisinə (prezidentin və hökumətin sərəncamları ilə) nə qədər pul ayrılıb?
- Bu məbləğ nə qədər ev və sosial obyektin tikintisi üçün ayrılıb?
- Nə qədər vəsait xərclənib, nə qədər ev və sosial obyekt tikilib?
- Tikilmiş bir obyektin orta dəyəri nə qədərdir?
- Bir ədəd ikiotaqlı, üçotaqlı, dördotaqlı evin tikinti layihəsi neçəyə başa gəlir (hər layihə üzrə dəyər)?
Qeyd edək ki, məhkəmədə “Turan” agentliyinin maraqlarını Media Hüququ İnstitutu müdafiə edəcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?