Gədəbəydə dəhşətli QƏTL

Gədəbəydə dəhşətli QƏTL
Yeniyetmə yeniyetməni bıçaqlayaraq öldürüb

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Miq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az