Gənc yazıçı Rüfət Soltanın "Qovuşduq ki, ayrılmayaq" romanı şəhərin "Əli və Nino" mağazalarında

Gənc yazıçı Rüfət Soltanın "Qovuşduq ki, ayrılmayaq" romanı şəhərin "Əli və Nino" mağazalarında

Rüfət Soltanı məhəbbət fonunda psixoloji süjetlər qurduğuna görə lirik-realist yazıçı adlandırsaq yanılmarıq. Onun “Qovuşduq ki, ayrılmayaq”  romanında lirik düşüncələr elə təsvir olunmuşdur ki, bu duyğuların təsiri altında  oxucu özünü həmin qəhrəmanların yanında hiss edir, onların ürək çırpıntıları oxucu qəlbini riqqətə gətirir. Lakin yazıçı yalnız lirik hissləri, duyğuları qələmə almaqla kifayətlənmir, qəhrəmanını daha böyük sınaqlardan, sarsıntılar içərisindən keçirir.

Yazıçı əsərlərində, öz zamanəsinin və cəmiyyətinin bütün təbəqələrini təsvir etmiş, yaxud ona münasibətini bildirmişdir. O, insanları bir-birilərinə qarşı ədalətli olmağa çağırır. Əsərlərinin əksəriyyətində gənc nəsli savadlı və bilikli olmağa və gələcək nəsillərə də, ötürməyə çağırır. 

Rüfət Soltan “Qovuşduq ki, ayrılmayaq” romanı iki hissəli etməklə, insanı dərin düşünməyə çağırır. Birinci hissədə bir-birini sevən  uşaqlıq dostları, qovuşaraq təmiz, saf sevgiyə çatırlar. Bundan sonrası isə oxucunu  həyacanlandıran, səbirsiz edən süjetlərdir. Rauf adında əsərin baş qəhramanı vətənpərvərliyi, ailəsinə sonsuz məhəbbəti və o cümlədən savadlı və istedadlı iş adamı olması ilə gənc oxucularımızı ondan nümunə götürməyə səsləyir. Romanın ikinci hissəsində isə qəlbi, o cümlədən ruhu qara olan insanların gənc, xoşbəxt ailəyə təcavüz etməsi və Elnarənin qurban olması ilə yadda qalır. Kədərli notlarlarla təsvir olunan roman “bir ailə faciəsi” kimi oxucunu həyacanlandırır.

Rüfət Soltanın hekayələrinin əsas mövzusunu ailə-məişət məsələləri, uşaq tərbiyəsi, qadın hüquqsuzluğu, ailə faciələri kimi mühüm məsələlər  təşkil edir.

Kitabı şəhərin "Əli və Nino" mağazalarından və Elmlər akademiyası metrosunun girişində yerləşən kitab mağazasından əldə edə bilərsiniz.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az