Gəncə hadisələrinin arxasında Rusiya izi varmı?

Gəncə hadisələrinin arxasında Rusiya izi varmı?

Natiq Miri: “Vəhhabilər bütün zamanlarda Rusiya üçün alət rolunu oynayıb” Elxan Şahinoğlu:”Azərbaycanda baş verən hər terror hadisəsinin arxasında Rusiya izi axtarılmasının tərəfdarı deyiləm”

Gəncə hadisəsi uzun müddət hazırlıqların nəticəsi olaraq mövcuddur və bunun davamlı olacağını düşünürəm. Bu insanlar heç vaxt xarici xüsusi xidmət orqanlarının nəzarətindən kənarda olmurlar. 

Bu sözləri “Vətəninfo.az”a  Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri,  siyasi şərhçi Natiq Miri sualımızı şərh edərkən bildird: “Müəyyən maliyyə imkanı yaratmaqla və beyinlər yanlış din moizələri ilə yuyulduqdan sonra onlardan öz maraqları üçün istifadə edirlər. Vəhhabilər bütün zamanlarda Rusiya üçün alət rolunu oynayıb. Çüçün hərəkatının birliyini pozmaq üçün Rusiiya məhz Vəhhabi kartından yararlanıb və etiraf edək ki, mücahidləri parçalamağa nail olublar. Sonradan Vəhhabilik Rusiya dövlətinin maraqları əleyhinə çevrildiyi üçün rəsmi Moskva onları bitirməyə qərar verdi. Eynən ABŞ-ın Ben Ladenin simasında radikal İslamı çiçəkləndirib, sonradan onu ləğv etmək üçün çarpışdığı kimi.

Bu gün Rusiya vahhəbilərlə mübarizə aparmağına rəğmən Putin hakimiyyəti gərəkli anlarda onları müəyyən maliyyə müqabilində müəyyən prosesləri başlamağa stimullaşdırır və buna nail olur. Gəncədə baş verən və verə biləcək hadisələr də bu kontekstdə dəyərləndirilməlidir”-deyə, politoloq qeyd edib.

“Bu gün Rusiyanın bir çox istiqamətdə - Qəbələ RLS, Transxəzər qaz lahiyəsi, Avrasiya İttifaq, Rusiyadan yan keçməklə başqa ölkələrdən ən müasir silahların alınmasıı və Qərbə inteqrasiya baxımından Azərbaycandan narazıdır və bu yöndə təzyiqləri artırıb”-deyən politoloq “Rusiyadan intensiv son gəliş-gedişlər də məhz bunun tərkib hissəsidir. Bu təzyiqlərin artacağını və davamlı olacağını düşünürəm. Artıq Putin dönəmi başlamaqla öz ənənəsinə sadiq qalaraq Rusiya yenidən basqıcı siyasətə üstünlük verəcək. Ancaq bu, Azərbaycan üçün son və həlledici faktorlar deyil. Azərbaycan bu təzyiq və təxribatları zərərsizləşdirmək üçün ilk növbədə daxildə mövcud olan qarşıdurmanı barış mühiti yaratmaqla aradan qaldırmalı və müttəfiqləri ilə inteqrasiyanı gücləndirməlidir. Bunun yolu isə ölkədə sözün həqiqi mənasında aparılması zərurətə çevrilən islahatlardan keçir”.

Azərbaycanda baş verən hər terror hadisəsinin arxasında Rusiya izi axtarılmasının tərəfdarı deyiləm  bu sözləri saytımıza “Atlas” Araşdırmalar Mərkəzinin rəbəri,politoloq Elxan Şahinoğlu söylədi: “Məncə, tələsik qərarlardan çəkinməliyik. İstintaqın nəticəsini gözləmək lazımdır. Əgər Gəncə hadisələrinin arxasında Rusiya kəşfiyyatının olduğunu bəri başdan vurğulasaq şimal qonşumuzun istənilən an Azərbaycanın daxili işlərinə qarışacaq kifayət qədər gücünün olduğunu etiraf etməli olacağıq. Əgər vəziyyət həqiqətən belədirsə, demək Azərbaycanın təhlükəsizliyi ilə bağlı ciddi problemlər var”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az