Gəncə-Moskva reysində təhlükəli sərnişin – Xüsusi əməliyyat keçirildi +Foto

Gəncə-Moskva reysində təhlükəli sərnişin – Xüsusi əməliyyat keçirildi +Foto

Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib.Buna səbəb sərnişinlərdən birinin təhlükəli şəxs olması ilə bağlı daxil olan məlumatdır.

Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili informasiya daxil olur. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır.

Hadisə ilə bağlı Xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilir. Əməliyyata təlim görmüş itlər də gətirilib. Nəticədə, hərəkətdə olan təyyarə geri qaytarılaraq əlində göy çantalı 25-26 yaşlı şübhəli saxlanılıb.

İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçur.

Hələ ki, Hüquq Mühafizə Orqanları baş verən əməliyyatla bağlı rəsmi məlumat yaymayıblar.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az