Gəncənin Polis rəisi vətəndaşı otağında döyüb

Gəncənin Polis rəisi vətəndaşı otağında döyüb
Sabir Məmmədov Ölkə başçısından kömək istəyir
 
Gəncə şəhər sakini, Heydər Əliyev prospekti bina 29, ev 7 – də yaşayan Məmmədov Sabir Əhməd oğlu Realliq.info-ya müraciət edərək şəhər baş Polis İdarəsinin rəisi Faiq Şabanov tərəfindən döyüldüyünü və xəsarətlər aldığını iddia edir.
 
Vətəndaş həyat yoldaşı Məmmədova Gülnarə ilə birgə ayın 12 – sində şəhər polis idarəsinin rəisi Faiq Şabanovun qəbulunda olur. Öz pozulmuş hüquqlarının bərpasını tələb edən Məmmədov Sabir rəisin qəbul otağında xoşagəlməz hadfisə ilə üzləşməli olur. Vətəndaşın haqlı şikayətini dinləməkdən imtina edən polis rəisi – "Bunu döyün atın eşiyə” əmrini verir. Bundan sonra Məmmədov Sabiri vəhşicəsinə döyməyə başlayan polis əməkdaşları çox keçmir ki, onun həyat yoldaşını da təhqir edirlər. Sabirə müxtəlif xəsarətlər yetirilməklə onu polis idarəsindən qovurlar.
 
Hadisədən dərhal sonra Daxili İşlər nazirliyinin 102 xidmətinə məlumat verən Məmmədovların şikayətinə baxan yoxdur. Vətəndaş baş verən hadisə ilə bağlı Daxili İşlər nazirliyində məsul şəxslərin qəbuluna da düşə bilmir.
 
Hazırda baş verən hadisə ilə bağlı Realliq.info vasitəsilə Ölkə başçısına müraciət edən Sabir Məmmədov kömək istəyir: "Mən ölkə başçısı İlham Əliyev cənablarından kömək istəyirəm. Gəncənin Polis rəisi Faiq Şabanovun otağında məni döyməsi və hara şikayət edirsən et – deməsini həzm edə bilmirəm. Mən inanıram ki, rəisin mənə yetirdiyi xəsarətlərə görə qanuni tədbirlər görüləcək”.
 
Məmmədov Sabirin həyat yoldaşı Məmmədova Gülnarə ölkənin birinci xanımı Mehriban Əliyevaya media vasitəsilə müraciət edərək baş verən hadisəyə görə Faiq Şabanovun qanunla cəzalandırılmasına köməklik göstərməyini xahiş edib.
 
Mövzunu diqqətdə saxlayırıq.
 
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az