General açıq şəkildə hədələdi: "İranla savaşa hazırıq”

General açıq şəkildə hədələdi:

"İsrail Silahlı Qüvvələri İranın ölkəmizə bir raket hücumuna minlərlə raketlə cavab verəcək”.

Miq.Az xəbər verir ki, bunu İsrail Daxili Cəbhə Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

General İsrail ordusunun İranın istənilən hücumuna hazır olduğunu açıqlayıb:

"İranla açıq qarşıdurma ssenariləri hazırdır, bu hazırlıq bu gün də davam edir. Ordumuzun müdafiə qabiliyyətini artırırıq. İranın istənilən raket hücumunun qarşısını almağa hazırıq. Hesab edirəm ki, hər bir ssenariyə həmişə hazır olmalı, ölkənin daxili cəbhəsini gücləndirməliyik”.

Miq.Az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az