General-mayor Dadaş Rzayev veteranlarla görüşdü

General-mayor Dadaş Rzayev veteranlarla görüşdü

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranı ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. 

Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər. 
 
Daha sonra sədr Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. 

Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az