GENERAL NOVRUZOVUN BAHALI MAŞIN KOLLEKSİONU: GÖMRÜKDƏN MƏNİMSƏNİLƏN GİZLİ PULLAR

GENERAL NOVRUZOVUN BAHALI MAŞIN KOLLEKSİONU: GÖMRÜKDƏN MƏNİMSƏNİLƏN GİZLİ PULLAR
Son vaxtlar Azərbaycan mətbuatında məmur özbaşınalığına qarşı aparılan mübarizə bəzən müharibə meydanını xatırladır. Hələ ki, mətbuat "pexota” rolunu oynayır…
Azərbaycanda isə kifayət qədər məmur var ki, birdən ona kimi saya bilmir. Amma və lakin…

Vəzifədə olduğu müddətdə təkcə xaricdəki villaların sayı birdən ona qədər yox, ondan iyirmiyə qədərdir…Və o da məlumdur ki, həmin məmurların birdən ona qədər sayması vacib deyil… Sadəcə bir gündə onların "obşiy katyol”a nə qədər pul verməsidir. Və vay o gündən ki, həmin məmur bir gün "katyol”a nəsə "atsın". 

Və beləliklə, kecirik mətləbə. Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib. Əlbəttə manşetin sonunda bold verilmiş ŞOK sözü də mütləq olmalıdır. Bu gün adı ən çox milyonlar qalmaqalında hallanan məmurlarımızdan biri də çox hörmətli, cənab general Vüsal Novruzovdur. Vüsal Novruzovun işindən asılı olmayaraq, ona o rütbəni cənab prezident verib deyə Vüsal müəllimin adına və familiyasına özünə görə, daşıdığı çinlərinə isə atributlarımıza görə hörmətlə yanaşırıq.

Son vaxtlarda avtomobil kolleksiyası ilə məşğul olan məmur-oliqarxlar sırasında Vüsal Novruzovun da hallanır. 

DEYİRLƏR: general Vüsal Novruzovun nə az, nə çox, 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.
BİZ DƏ DEYİRİK: axı nə olsun?!
Qoy 72 yox, 172 olsun...
DEYİRLƏR: general Novruzovun milyonu var...
BİZ DƏ YENƏ DƏ DEYİRİK: nə olsun?! Qoy LAP milyardı olsun...
DEYİRLƏR:
- bütün gömrüyün monopoliyası generalın əlində...
- general Novruzovun icazəsi olmadan gömrükdən bir quş da uça bilməz. Uçsa belə, mütləqdi ki, ya qanadları qırıla, ya da həmin quş dimdiyində də olsa mütləq "yaşıl”a bürünməlidr...
BİR DƏ DEYİRLƏR Kİ:
- general 2015 ci ilin oktyabr ayinda Gürcüstan kazinolarında 5 milyon dollar pul uduzub.
HƏƏ... BAX BURDA BİZ DEMİRİK NƏ OLSUN?! ÇÜNKİ bizim general gərək uduzmayaydı... və gürcü kimdir ki, bizim generalla üz-üzə gələ? Hələ üstəlik beş milyon dollarını da uda.
HƏM DƏ ƏLAVƏ EDİRİK: Azərbaycan-Gürcüstan-Ermənistan yolu qədər təhlükəli yol yoxdur, cənab general!!! O yolla getməyin!!! Jurnalist olaraq etik normalara riyaət etməyi bacardığımızdan yazıda təhqirə yox, tənqidə yer verdik.
O Kİ QALDI QALAN DEYİLƏNLƏRƏ, MƏSƏLƏTÜN:
- gömrük generalı Vüsal Növruzovun qiyməti 1 milyon 700 min dollar (Aston Martin One-77"), qiyməti 2,6 milyon dollar (Bugatti, Veyron), qiyməti 1.5 milyon -(Koenigsegg Agera) avtomobilləri də var, adama deyərlər Vüsal Novruzovun olmasın, suçu Əmirxanın olası deyil ki? (Bu siyahını uzatmaq da olar, amma qiymətlər milyondan aşağıdır deyə, generalın adına yaraşdırmadıq)
Day o heç də bu maşınları bu qiymətə hansı halal pulla alıb cənab general! Adam da generala elə sual verər? Halal pulnan olandan sonra mətbuatın nə işi vardı ki? 
Amma orası dəqiqdi ki, gələn yazımızda gömrük generalının qalan qaranlıq müəmmaları barədə açıq-aydın yazacağıq. Və həm də gömrüyümüzün Azərbaycan-Gürcüstan-Ermənistan marşrutunu da işıqlandıracağıq!!!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az