Generalı bu adam əvəz edəcək-Açıqlama

Generalı bu adam əvəz edəcək-Açıqlama
Xanlar Zeynalovu mən əvəz edəcəyəm-Nurəddin Mustafayev

Miq.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalovu əvəzləyəcək Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev unikal.org-a qısa müsahibə verib. 
 
-Xanlar Zeynalov bildirib ki, onu Nurəddin Mustafayev əvəzləyəcək. Bu həqiqətənmi belədir?
-Xanlar müəllim deyirsə, deməli elədir.
 -Vəzifənizin icrasına başlamısınızmı?
-Xeyr, hələ başlamamışam. Novruz bayramı olduğu üçün, işləmirəm. Mart ayının 28-dən vəzifəmin icrasına başlayacağam.
 -Sizi yeni vəzifə münasibəti ilə təbrik edirik...
-Çox sağ olun. Təşəkkür edirəm. 

Miq.az


 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az