Generalın xidməti maşını Bakıda xarab oldu, evakuator apardı (FOTO)

Generalın xidməti maşını Bakıda xarab oldu, evakuator apardı (FOTO)

İki gündür aramsız yağan yağış Bakıda bir sıra problemlərə səbəb olub. Çətin hava şəraitində ən ağır yük yol polislərinin üzərinə düşüb.
DYP əməkdaşları şəhər nəqliyyatında yaranan sıxlığa yardım etmək üçün yağış altında xidmət aparmalı olublar.
Bu arada yüksək rütbəli polis məmurları da çətin vəziyyətə düşüb. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general Həsən Şirinovun 10 AA 103 dövlət nömrə nişanlı avtomobilində nasazlıq yaranıb. Bu səbəbdən də maşını servisə aparmaq üçün evakuatora qaldırılıb.
Mia.az-ın əməkdaşı həmin avtomobilin evakuatorda aparılarkən fotolarını lentə alıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az