Gərginlik pik həddə: ABŞ Rusiyanı hücumla hədələdi – Kremldən kritik açıqlama

Gərginlik pik həddə: ABŞ Rusiyanı hücumla hədələdi – Kremldən kritik açıqlama

"ABŞ-ın Rusiyaya qarşı kiberhücuma hazırlaşması barədə yayılan xəbərlər narahatlıq yaradır”.

Miq.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu narahatlıq yaradır və beynəlxalq kibercinayətkarlıqdan başqa bir şey deyil”, - Kremlin sözçüsü bildirib.

Peskov Rusiyanın heç vaxt kiberterrorizm və kiberhücumlarda iştirak etmədiyini söyləyib.

Qeyd edək ki, "Nyu-York Tayms” qəzeti bundan əvvəl Co Bayden administrasiyasının qarşıdakı üç həftə ərzində Rusiya hökumətinin sistemlərinə qarşı kiberhücum həyata keçirəcəyi barədə məlumat yaymışdı.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az