“Global Stane” MMC binaları qazlaşdıracaq

“Global Stane” MMC binaları qazlaşdıracaq

Vətəninfo.az-ın məlumatlı mənbələrə istinadən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR)  "Azəriqaz" İstehsalat Birliyi  respublika üzrə yeni inşaa edilən binaların qazlaşdırlması ilə bağlı, “Global Stane” MMC ilə müqavilə bağlayıb. Adını açıqlamaqdan çəkinən mənbənin iddiasına görə, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bir müddət əvvəl “Global Stane” MMC- ilə müqavilə bağlayıb.

Müqaviləyə görə, bundan sonra ölkə üzrə qazlaşma işinə “Global Stane” MMC məsuldu. Yəni hansısa tikinti şirkəti özbaşına inşaa etdiyi binada qaz çəkilişi həyata keçirə bilməz.  Əyər binada qaz təhcizatı nəzərdə tutulubsa, o zaman “Global Stane” MMC ilə müqavilə bağlanacaq və vəsait bu MMc-nin hesabına köçürüldükdən sonra, qazlaşdırma işi həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Global Stane” MMC Binəqədi rayon ərazisində,eyni zamanda paytaxtın müxtəlif rayonlarında binalaların üzərinə geydirilən  poliuretan üzlü istehsal edən MMC-dir və bu MMc-nin istehsal etdiyi məhsulların ucbatından vətəndaşlarımız yanaraq öldülər. Görünür vətəndaşlarımızın həyatı yenə də həhlükədə. Əgər doğurdan da ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bu MMC ilə qazlaşma işi  istiqamətində müqavilə bağlayıbsa, o zaman bundan sonra partlayışların da şahidi olacağıq.

Redaksiyadan: ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışacağıq

Vətəninfo.az

***


Yayımladığımız məlumatla bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidməti tərəfindən İB-nin cavabı özünü bir o qədər də yubatmadı. Bizdə İB-nin yayımlanan məlumata tez bir zamanda vermiş olduğu cavabı olduğu kimi yayımlamaq qərarına gəldik.

Veteninfo.az informasiya agentliyinə

Sizin 22 may 2015-ci il tarixli ““Global Stane” MMC binaları qazlaşdıracaq” başlıqlı məqalənizə cavab olaraq bildiririk ki, “Azəriqaz” İstehsalat Birliyi hündürmərtəbəli binaların qazlaşdırılmasını həyata keçirmir. Birlik bu mövzuda vətəndaşların düzgün məlumatlandırılmasını özünə borc bilərək aşağıdakıları diqqətinizə çatdırır:

SOCAR-in “Azəriqaz” İB-yi ölkə daxilində təbii qazın paylanmasını, satışını, qaz paylayıcı şəbəkənin istismarı və dövlət proqramına uyğun olaraq Respublika ərazisində yaşayış məntəqələrinin qazlaşdırılmasını həyata keçirir. Nəzərinizə çatdırırıq ki, yazıda adı çəkilən “Global Stane” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında heç bir müqavilə imzalanmamışdır. Adı çəkilən MMC ilə Birlik arasında heç bir öhdəlik yoxdur.

 Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında yalnız xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti - quraşdırma işləri aparılır və texniki - icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir.

Məlumat üçün qeyd edək 2015-ci ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın açılışı təmin olunmuşdur. Bu isə ümumilikdə, 3325 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaqla” təmin olunmasında maraqlıdır.

“Azəriqaz” İstehsalat Birliyinin 
İctimaiyyətlə əlaqələr şöbəsi.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az