Gömrük Komitəsi pulları daşa-divara xərcləyir: Binanın fasadına 7.5 milyon manat xərcləyəcək

Gömrük Komitəsi pulları daşa-divara xərcləyir: Binanın fasadına 7.5 milyon manat xərcləyəcək

Dövlət Gömrük Komitəsinin (DGK) "AzərTerminalKompleks” Birliyi Komitənin yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı bağlı elan etdiyi açıq tenderə yekun vurub. Qayriarinfo vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "FF Construction” MMC-dir.
Qalib şirkətə 7,576 milyon manat ödəniləcək.

P.S. 7.5 milyon manata tikinti şirkətləri çoxmərtəbəli bina tikib, təmir edirlər. Dövlət Gömrük Komitəsinin binasının fasadı neçə kvadrat metrdir ki, bu məqsədlə belə böyük pullar xərclənir? Olmaya, komitə binasının divarlarına qızıldan üzlük çəkdirir? 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az