Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü

Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Miq.az "Report"a istinadla xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə mənzilin sakinləri əşyalarını götürə bilməyiblər.

Axşam saatlarında blokun çökməsi nəticəsində həmin sakinlərin yaşadıqları mənzillər dağılıb və onların əşyaları da yararsız hala düşüb.

Qeyd edək ki, 60 mənzildən ibarət olan yaşayış binasının 5-ci bloku tamamilə uçub.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az