"Gülən kukladır, onun arxasında duranlar var"
"Əminəm ki, ölkədə baş tutmayan hərbi çevriliş cəhdində Fəthullah Gülən sadəcə, kukla, marionetka rolunu oynayıb. Qiyam cəhdinin arxasında real hakimiyyətə malik başqa qüvvə, təşəbbüskar vardı".
Milli.Az DHA-ya istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qiyama cəhd edən qüvvənin adını açıqlamayıb.
Bununla belə, Türkiyə mediasında qiyam cəhdinin arxasında ABŞ-dakı bəzi qüvvələrin durduğu vurğulanır. Bəzi media strukturları isə qiyam cəhdinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin pulları hesabına təşkil olunduğunu, Əfqanıstanda xidmət etmiş sabiq amerikalı general tərəfindən idarə edildiyini iddia edirlər.
Miq.az