Gülənin gizli otağı tapıldı – FOTOLAR

Gülənin gizli otağı tapıldı – FOTOLAR
Türkiyənin İzmir şəhərinin "15 iyul şəhidləri” küçəsində Fətullah Gülənə bağlı olduğu iddia edilən "Şelale AŞ” şirkətinin məktəb binasında gizli otaq aşkar edilib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, tapılan həmin otağa geyim dolabının içərisindən gedən gizli yolun olduğu məlum olub.
 
Binanın 5-ci mərtəbəsində yerləşən gizli otaqda isə bir ədəd içərisi boş olan dəmir seyf, seyfə yapışdırılan üzərində "2800 dollar” və "3200 dollar” yazılmış kağız parçaları, çavuş rütbəli hərbi forma, keçmiş futbolçuların formaları, gümüş qutular, telefon və sürət çıxarma aparatları, xəritə, kitablar, 4 ədəd qılınc və digər əşyalar tapılıb.  

























Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az