Gülər Əhmədovaya "yox" deyildi - Apellyasiya məhkəməsi
Gülər Əhmədovanın məhkumluğu götürülmədi
Bu gün Bakı Apelyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, G.Əhmədovanın iddiası təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
G.Əhmədova şərti məhkumetmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Qərardan narazı qalan G.Əhmədova apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
Miq.az