Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində 2017-ci ilin birinci yarısında özünün elektrik tələbatını tamamilə günəş enerjisi hesabına ödəyəcək otel açılması gözlənilir.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 170 nömrəsi olan bu otel Dubayın maksimum dərəcədə ekoloji təmiz qurulacaq yeni yaşayış rayonlarının birində tikiləcək. Layihə müəlliflərinin sözlərinə görə, oteldə, həmçinin bütün kanalizasiya sularının və tullantıların utilizasiya edilməsi də nəzərdə tutulub.
Layihədə istifadə olunacaq günəş batareyalarının ümumi gücü 10 MVt təşkil edəcək. Bütün günəş panelləri şəhərin elektrik şəbəkəsinə qoşulacaq və nəticədə bu rayonda elektrik enerjisinin qiyməti orta göstəricidən 25-30 faiz ucuz olacaq.
Dubayın enerji strategiyasına əsasən, 2030-cu ilədək elektrik tələbatının 5 faizi günəş enerjisi də daxil olmaqla, bərpa edilən enerjinin payına düşməlidir.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”