“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın Azərbaycandakı nümayəndəliyinin sədri Səftər Rəhimli deyib ki, ermənilər 1918-ci ildə Şimali Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımından öncə eyni addımı 1915-ci ildə Güney Azərbaycanda atıblar.

Onun sözlərinə görə, ermənilər Urmu və Salmasda evlərə vəhşicəsinə basqınlar edərək, dinc əhalini qətlə yetiriblər: “1915-ci ildə Petros adlı erməni komandanı quldur dəstəsi ilə birlikdə azərbaycanlılara basqın edib, Əsgərxan məhəlləsində qanlı faciələr törədib. 159 gün davam edən qırğınlar nəticəsində 150 min Azərbaycan türkü qətlə yetirilib. 1917-ci ildə isə erməni quldur dəstələri Urmiya və Xoy şəhərlərində qətliamlar törədiblər. Araşdırmalar göstərir ki, ümumilikdə Güney Azərbaycanda ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların sayı 300 min nəfər olub”.

DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi isə bildirib ki, ermənilər bizə qarşı törətdikləri soyqırımı siyasətini adımıza çıxarmağa çalışırlar: “Bu baxımdan ermənilərə qarşı bütöv Azərbaycan birləşməlidir”.

 Öz növbəsində professor Paşa Qəlbinur qeyd edib ki, hamı səfərbər olub həqiqəti sübuta yetirməlidir: “Həqiqət isə çox uzaqdan gəlir. Çox uzağa getməsək belə, gözümüzün qarşısında olan Xocalı faciəsi və Qarabağda baş verənlər ermənilərin vəhşiliyinin  sübutudur. Dünya görməlidir ki, millətimiz cinayətkar bir dövlətlə üz-üzədir və onlar bizə qarşı bütün çirkin üsullara əl atırlar”.

 DAK-ın İdarə Heyətinin üzvü Əlyar Səfərli isə ermənilərə qarşı Güney Azərbaycanda böyük təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 Tədbirdə digər çıxışlar da dinlənilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az