Gürcüstanda azərbaycanlılar təhqir olundu - EŞŞƏK şəkili + ŞOK FOTO

Gürcüstanda azərbaycanlılar təhqir olundu - EŞŞƏK şəkili + ŞOK FOTO

Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunub.

Miq.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.

"Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkili çəkilib: başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb", - deyə o, qeyd edib.

Fincanın istehsal tarixi və firması barədə məlumat verilməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az