Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə bir neçə maraqlı layihə üzərində çalışır.
Azərbaycan estradasında öz dəsti xətti ilə fərqlənən,milli şoubiznesə çox saylı ulduzlar bəxş edən hitlər müəllifi bəstəkar xanım bu dəfə yeni “ulduz” üzərində çalışır.
Vətəninfo.az-a bu barədə məlumat verən bəstəkarın mətbuat katibi Ceyran Nəriman bildirib ki, Gövhər xanım tezliklə bir-birindn maraqli layihələrini geniş kütləyə teqdim edəcək.
“Hazırda Gövhər Həsənzadə yeni protejesi Aygün Məmmədova üzərində ciddi çalışır.Bəstəkar Aygünü çox bəyənib,onun Azərbaycan estradasında fərqlənəcəyini bildirib.Çünkü səhnəmizin yeni ulduza ehtiyacı var. Aygün Məmmədova da durmadan öz üzərində çalışır. Səhərlər vokala, günortalar rəqs məşğələlərinə gedir. Axşamlar isə səsyazma studiyasında olur”.
Mətbuat katibi əlavə edib ki,Gövhər Həsənzadə öz yeni protejesini Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim etmək niyyətindədir. Onun sözlərinə görə,artıq Aygünün ifa edəcəyi mahnı da hazırdır. “Üzülmə”adlı ritmik mahnın bəstəsi Gövhər Həsənzadəyə,sözlərı tanınmış türk şairəsi Aişə Birgül Yılmaza, aranjemanı Yasar Baxışa məxsusdur.Mahnı samba stilində aranjeman olunub.Əsl yay hitidir.
“İlk öncə mahnı radio dalğalarında səsləndiriləcək.Bu Gövhər Həsənzadənin və Aygün Məmmədovanın tamaşaçılara Novruz tövhəsi olacaq.Planda mahniya klip çəkmək ehtimalı da var”.
Ceyran
Vətəninfo.az