Vətəninfo.az xəbər verir ki, Göyçay şəhərindəki şadlıq saraylarından birində təşkil olunan toy mərasimində kütləvi dava olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, göyçaylı qızla Qəbələ rayonundan olan oğlanın toy mərasimində qohumlar arasında yaranan anlaşılmazlıq davaya səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, oynamaq üçün tamada tərəfindən yalnız gəlinin qohumlarının dəvət edilməsini bəyin qohumları özlərinə qarşı saymazlıq sayaraq toyda dava salıblar. Dava zamanı gəlinin qohumları bəyin xalası oğlu, Qəbələ şəhər sakini 1990-cı il təvəllüdlü Babayev Baba Şərif oğluna, xalası 1963-cü il təvəllüdlü Babayeva Solmaz Müzəffər qızına və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Babayev Musa Zəfər oğluna, eləcə də bəyin yaxınları - 1981-ci il təvəllüdlü Səlimov Ramil Şəfail oğluna, 1989-cu il təvəllüdlü Səlimov Kamil Şəfail oğluna küt alət və yumruqla xəsarət yetiriblər. Yaralılar əvvəlcə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sonradan onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıblar. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO