Hacıqabulda 81 yaşlı kişi qohumunu güllələyib

Hacıqabulda 81 yaşlı kişi qohumunu güllələyib
Vətəninfo.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində baş verib.


Kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.
Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza  mərkəzindən bildirilib ki, meyitin müayinəsi zamanı ürək, baş və digər bədən nahiyəsində 3 güllə yarası aşkar edilib.
Qohumların dediyinə görə, hadisənin S. Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyi ehtimal edilir.
S. Şirəliyev həbs edilib.
 Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az