Hafiz Hacıyevin prezidentliyə namizədliyi irəli sürülüb

Hafiz Hacıyevin prezidentliyə namizədliyi irəli sürülüb
Bu gün Müasir Müsavat Partiyasının Siyasi Şurasının növbədənkənar iclası keçirilib.

Miq.az-ın məlumatına görə, iclasda çıxış edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, adını müxalifət qoyan, Soros Fondundan maliyyələşən bəzi qüvvələr ölkədə müəyyən problemlər yaratmağa cəhd edirlər.
Azərbaycanın müstəqil xarici siyasət kursu olduğunu vurğulayan H. Hacıyev bildirib ki, vaxtilə onunla birgə hakimiyyətdə olan bugünkü radikal qüvvələr qarayaxma kampaniyası aparırlar: "Əli Kərimlinin, Cəmil Həsənlinin seçkilərdə iştirak etməməsi heç nəyi dəyişmir. Mən növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətindəyəm".
Siyasi Şuranın iclasında Müasir Müsavat Partiyasının prezident seçkilərində iştirak etməsi və partiya sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarlar qəbul edilib(apa).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az