Hakimiyyətdaxili qruplaşmalar döyüşə hazırlaşır - ŞOK

Hakimiyyətdaxili qruplaşmalar  döyüşə hazırlaşır - ŞOK

Bu il ölkədə prezident seçkiləri keçiriləcəyindən, hakimiyyət daxilində mövcud olan, amma dəfələrlə belə bir qruplaşmaların olmadığı iddia edilən qüvvələr hərəkətə gəliblər.

Vətəninfo.az-a hakimiyyət daxilindəki qaynaqlardan sızan məlumata görə, artıq hər bir qrup bugünə qədər topladıqları kompromatları özlərinə yaxın bildikləri mətbuat orqanlarına sızdırmaqdadırlar.

Məlumata görə, bir müddətdir Fransada oturub Azərbaycanda siyasi gündəmi dəyişməyə çalışan Azərbaycan Beynəlxalq Universiteninin sabiq rektoru Elşad Abdullayevdə artıq bu klanlardan birinin nəzarətinə keçib.

Hətta sızan məlumatlara görə, E.Abdullayevin bugünə kimi ortaya atdığı pullar belə onun özünə qaytarılıb. Qarşılığında isə ondan davamlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əleyhinə məlumatlar verməsi və müxalif mətbuat orqanlarnda davamlı çıxışlar etməsi istənilib.

Hətta Elşad Abdullayevi ələ alan hakimiyyətdaxili qruplaşma bəzi məmurların və millət vəkillərinin, eyni zamanda komitə sədrləri ilə bağlı əllərində olan video görüntüləri Elşad Abdullayevin vasistəsi ilə dövriyəyə buraxacağı da istisna edilmir.

Qaynaqlardan sızan məlumatda o da vurğulanır ki, bu gün 3 aylıq həbs cəsası ilə həbsxanada saxlanılan sabiq millət vəkili Arzu Kazımovun  həbsdə saxlanılması da məhz həmin hakimiyyətdaxili qruplaşmanın təyziqi ilə olub və burada məqsəd heç də A.Kazımovun suçlu və yaxud da suçsuz olması deyil. Bu qruplaşma beynəlxalq aləmin Azərbaycana qarşı sərt tənqidlərini artırmaq niyyəti də güdürlər.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az