Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər

Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
SEPAH komandirlərinin gizli iclasının ələ keçirilən səs yazısında etiraz aksiyaları zamanı həbs edilən 16 yaşlı yeniyetmə qız Nika Şakərəminin cinsi zorakılığa məruz qaldıqdan sonra öldürüldüyü məlum olub.

Miq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Həbs edilən Nika Şakərəmi təcridxanaya aparılarkən yolda avtomobilin içində Arəş Kəlhor adlı məmur corabla onun ağzını bağlayıb, Sadiq Məncəzi adlı məmur isə ona qarşı cinsi zorakılıq edib”, - məlumatda bildirilib.

Bundan sonra yeniyetmə qızın Evin həbsxanasının təcridxanasına aparıldığı, orada etiraf almaq üçün işgəncə altında öldürüldüyü qeyd edilib.

Xatırladaq ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.

Hökumətin rəsmi məlumatında Nika Şakərəminin binadan yıxılaraq öldüyü iddia edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az